"Qarabağ"ın hücumçusunun zədəsi ciddi deyil
Futbol
- 29 fevral, 2024
- 13:38
Həkimlərin müayinəsindən sonra futbolçunun zədəsinin o qədər də ciddi olmadığı müəyyənləşib.
Bunu "Report"a açıqlamasında "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınan "Qəbələ" ilə səfər matçında zədələnən Olavio Juninyonun durumu barədə danışarkən deyib.
"Sabah komandanın istirahət günüdür. O, "Neftçi" ilə oyuna qədər həkim nəzarətində olacaq. Həmin görüşdə iştirak edib-etməyəcəyi bir gün əvvəl məşq prosesində bilinəcək", - A.Hacıyev vurğulayıb.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə bitib. Juninyo ilk hissənin sonlarına yaxın zədələndiyi üçün əvəzlənib.
"Köhlən atlar" XXV turda "Neftçi"nin qonağı olacaq. Martın 3-dəki matç saat 19:00-da başlayacaq.
Son xəbərlər
17:06
Foto
Rövşən Rzayev vətəndaş qəbulunu keçirib
Daxili siyasət16:57
Azərbaycan Yunanıstanla müntəzəm hava əlaqəsinin perspektivlərini müzakirə edib
Turizm16:53
Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
Komanda16:43
Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"
Biznes16:42
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
Hadisə16:38
Fransada meşə yanğınlarını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Digər ölkələr16:34
"Mançester Siti" Yoşko Qvardiolla müqavilə müddətini 2031-ci ilədək uzadıb
Futbol16:18
Aİ Rusiyanın müvəqqəti işlər vəkilini konsulluqlara hücumlar səbəbilə çağırıb
Digər ölkələr16:14