"Qarabağ"ın hücumçusu: "Millidən təklif gözləyirdim"
Futbol
- 09 oktyabr, 2020
- 07:16
"Qarabağ"ın futbolçusu Kvabena Ovusu Mali və Qətərlə yoldaşlıq oyunları üçün Qana milli komandaya çağırılmamasına münasibət bildirib.
"Report"un məlumatına görə, 23 yaşlı hücumçu "Hot 93.9" radiosuna müsahibəsində yığmanın baş məşqçisi Çarlz Akonnorun qərarının onun üçün gözlənilməz olduğunu söyləyib.
Afrikalı forvard 46 yaşlı mütəxəssisin seçiminə belə reaksiya verib: "Yəqin, mənim çıxışım baş məşqçinin qarşıdakı matçlar üçün tələb etdiyi səviyyədə deyil. Amma həqiqətən təklif gözləyirdim. Çünki Cənubi Afrika Respublikası ilə görüş zamanı Akonnorla bu barədə söhbətimiz olmuşdu".
Qeyd edək ki, Kvabena Ovusu bu ilin yanvarından "Qarabağ"da çıxış edir.
Son xəbərlər
21:34
Ələt-Astara avtomobil yolunun kənarında yanğın baş verib
Hadisə21:32
Foto
XV Beynəlxalq İpək Yolu Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət siyasəti21:21
Rusiya Konstantinovkada atəşi dayandırmağı təklif edib
Region21:12
Türkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
Region21:00
DÇ-2026: 1/8 final mərhələsinin ilk matçı başlayıb
Futbol20:54
Hakan Fidan qətərli həmkarı ilə regional vəziyyəti müzakirə edib
Region20:45
Macarıstanda yeni konstitusiya hazırlanacaq, ümumxalq referendumu keçiriləcək
Digər ölkələr20:36
"Neftçi" Dünya Qadın Seriyasında yarımfinala yüksəlib
Komanda20:11