"Qarabağ"ın futbolçusu Kamilo Duran zədəsini sağaldıb və məşqlərə qayıdır

Futbol
  • 27 fevral, 2026
  • 17:05
Qarabağın futbolçusu Kamilo Duran zədəsini sağaldıb və məşqlərə qayıdır

"Qarabağ" klubunun zədələnən futbolçusu Kamilo Duran komanda ilə məşqlərə başlayacaq.

Bu barədə "Report"a Ağdam təmsilçisindən məlumat verilib.

"Klubun tibbi heyəti UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə cavab oyununda zədələnən Kamilo Duranın vəziyyətinin yaxşı olduğunu açıqlayıb. Futbolçu komanda ilə məşqlərə başlayacaq", - deyə klubdan bildirilib.

Qeyd edək ki, kolumbiyalı oyunçu İngiltərədə 2:3 hesabı ilə məğlub olduqları matçın ikinci hissəsində sıradan çıxıb.