"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibinin kapitanının adı tribunaya verilib
- 09 sentyabr, 2025
- 09:35

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Liverpul"un kapitanı Vircil van Deyk keçmiş klubu "Villem II" tərəfindən fərqləndirilib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tilburq təmsilçisi gənc komandalarının bazasındakı əsas tribunaya Van Deykin adını verib.
Niderland təmsilçisinin açıqlamasında bunun futbolçuya bir hədiyyə olduğu, ona dünyanın ən yaxşı müdafiəçilərindən biri kimi qiymət verildiyi, gənclərin məhz ondan ilhamlandığı bildirilib.
Qeyd edək ki, "Villem II" klubunun yetirməsi olan Van Deyk 2018-ci ildən "Liverpul"un formasını geyinir.
"Qarabağ" İngiltərə çempionu ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda qarşılaşacaq. İngiltərədə baş tutacaq görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.