"Qarabağ" - "Araz-Naxçıvan" oyunu tarixi yubileylə əlamətdar olub
Futbol
- 15 dekabr, 2025
- 10:58
Misli Premyer Liqasının XV turunun "Qarabağ" – "Araz-Naxçıvan" oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.
"Report"un Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.
Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunub. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.
1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/2002 və 2019/2020 mövsümləri yarımçıq dayandırılıb.
Qeyd edək ki, cari mövsümdə 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.
Son xəbərlər
09:20
Braziliyalı futbolçu Halkın yeni klubu müəyyənləşib
Futbol09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.05.2026)
Maliyyə09:01
Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
Futbol08:59
ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir
Energetika08:53
Masato Kanda: Yaxın Şərqdəki hadisələr Asiya-Sakit Okean regionunun bütün sektorlarına təsir göstərib
Maliyyə08:49
Avstraliyada 15 nəfərin öldürüldüyü hücumla bağlı ictimai dinləmələr başlayıb
Digər ölkələr08:30
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
Digər ölkələr08:17
Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb
İnfrastruktur08:13
Foto