"Qalatasaray" Fatih Terimlə müqavilənin müddətini uzadıb
Futbol
- 16 oktyabr, 2018
- 15:37
Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini uzadıb.
"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis 2021-2022-ci il mövsümünün sonuna kimi İstanbul təmsilçisinə rəhbərlik edəcək.
Onun klubla əvvəlki sözləşməsi 2019-cu ilin mayında başa çatır.
Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə “Qalatasaray”ın baş məşqçisi təyin olunan Fatih Terim son mövsümdə Türkiyə Super Liqasının qalibi olub. “Cim-Bom” cari çempionatda da 18 xalla liderdir. İstanbul təmsilçisi Çempionlar Liqasında D qrupunda yer alıb və 2 turdan sonra 3 xalla 3-cü yerdədir.
Son xəbərlər
12:40
"Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynov: "Hədəfimiz yüksək yerlər uğrunda mübarizə aparmaqdır"
Futbol12:33
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
Xarici siyasət12:28
Konqoda Eboladan ölənlərin sayı 967-yə çatıb
Digər ölkələr12:22
Foto
Kəlbəcərdə təsərrüfatlara və tikinti işlərinə baxış keçirilib
ASK12:21
Azərbaycan I yarımildə Gürcüstanın avtomobillərin ehtiyat hissələrini satdığı əsas bazar olub
Biznes12:20
"Karvan-Yevlax" Orxan Sadıqlını heyətinə qatıb
Futbol12:19
Rumıniya sahillərində propan daşıyan tanker zədələnib
Digər ölkələr12:12
AFFA rəsmisi Edmond Klaus: "Azərbaycan futbolunun inkişafı üçün istedad və futbol sevgisi mövcuddur"
Futbol12:08