PSJ yeni baş məşqçinin debüt matçında heç-heçə etdi
Futbol
- 06 yanvar, 2021
- 22:24
Fransanın PSJ komandası yeni baş məşqçisi Maurisio Poçettinonun rəhbərliyi altında ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Liqa 1-in XVIII tur matçında rəqib "Sent Etyen" olub. Paris təmsilçisi səfər qarşılaşmasından 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Hesabı 19-cu dəqiqədə "Sent Etyen"in futbolçusu Romen Amuma açıb. Bundan 3 dəqiqədə sonra Moyze Kin bərabərlik qolunu vurub.
Hazırda PSJ 36 xalla 2-ci pillədə gedir. Lider "Lion"un 39 xalı var. "Sent Etyen" isə 19 xalla 14-cüdür.
Qeyd edək ki, Maurisio Poçettino PSJ-nin baş məşqçi postuna yanvarın 2-də təyin olunub. O, yeni vəzifədə Tomas Tuxeli əvəzləyib.
Son xəbərlər
13:07
Azərbaycan boksçuları Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
Fərdi13:00
Əmlak üzərinə həbs qoyulması ilə bağlı qərarların mübahisələndirilməsi qaydası təsdiqlənib
Daxili siyasət12:59
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
ASK12:58
Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək
Daxili siyasət12:58
Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq
Ekologiya12:56
Azərbaycan parlamenti "Balıqçılıq haqqında" qanun layihəsini I oxunuşda təsdiq edib
ASK12:53
Foto
Elnur Məmmədov ABŞ-nin Yuta və Kaliforniya ştatlarına səfər edib
Xarici siyasət12:52
İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqləyib
Xarici siyasət12:52