PSJ-nin əsas transfer hədəfi müəyyənləşdi
Futbol
- 09 yanvar, 2021
- 10:09
Fransa PSJ-si İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Serxio Aqueronu heyətinə qatmağı planlaşdırır.
"Report" "Sports Illustrated" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin yeni baş məşqçisi Maurisio Poçettino argentinalı hücumçunun alınmasını istəyir.
İddiaya görə, Aquero həmyerlisinin əsas transfer hədəfidir. Hazırda İspaniya "Barselona"sının da diqqət mərkəzində olan 33 yaşlı futbolçunun İngiltərədən ayrılmağa hazır olduğu bildirilir.
Qeyd edək ki, Serxio Aqueronun "Mançester Siti" ilə müqaviləsi bu ilin yayında başa çatacaq.
Son xəbərlər
16:16
Foto
İsmayıllıda zəncirvari avtoqəza baş verib, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Hadisə15:49
SOCAR-ın operatorluğu dövründə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 130 milyard kubmetrdən çox qaz nəql olunub
Energetika15:43
Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək
Fərdi15:31
Tunar Həsənov Bakıda təşkil olunan dünya çempionatının 1/4 finalında məğlub olub - YENİLƏNİB
Fərdi15:15
Foto
Qaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Hadisə15:14
Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-ə yaxın artıb
Maliyyə15:13
Sançes Aİ ölkələrinin təcili videokonfransını çağırmağı təklif edib
Digər ölkələr15:11
Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB
Fərdi15:05