PSJ Mbappe ilə müqavilə müddətini uzada bilməz
Futbol
- 01 avqust, 2023
- 05:35
Fransanın PSJ klubu futbolçusu Kilian Mbappe ilə müqaviləni 2025-ci ilin yayına qədər uzatmaq variantını aktivləşdirə bilməz.
“Report” xəbər verir ki, bunun üçün sözləşmədə göstərilən müddət iyulun 31-də başa çatıb.
24 yaşlı hücumçunun hazırkı anlaşması 2024-cü ilin yayına qədərdir. Fransa millisinin üzvü komandanın Yaponiyadakı mövsümöncəsi təlim-məşq toplanışında yer almır. Ulduz futbolçu indiki transfer pəncərəsində təkliflərdən birini qəbul edib ayrılmasa, PSJ 2023/2024 mövsümündə onu oynatmamaq qərarına gəlib.
Qeyd edək ki, ötən mövsüm 34 çempionat oyununda 29 qol, 5 məhsuldar ötürmə ilə yadda qalan Kilian Mbappe Səudiyyə Ərəbistanından, eləcə də, İspaniyanın “Real Madrid” klubundan təklif alıb.
Son xəbərlər
04:08
Yulian Naqelsman: "Fildişi Sahili üzərində qazanılan 3 xal çox önəmli idi"
Futbol04:00
DÇ-2026: Ekvador - Kurasao oyunu başlayıb
Futbol03:33
"The Observer": Starmer iyunun 22-də istefasını açıqlaya verə bilər
Digər ölkələr03:04
Tramp: Hörmüz boğazından keçəcək gəmilərə ödəniş tətbiq oluna bilər
Digər ölkələr02:41
Vens İsveçrədə keçiriləcək ABŞ-İran danışıqlarının əsas mövzularını açıqlayıb
Digər ölkələr02:20
Deniz Undav Almaniya - Fildişi Sahili oyununun ən yaxşısı seçilib
Futbol02:18
Niderlandda qadın fırtına zamanı ağacın üstünə aşması nəticəsində ölüb
Digər ölkələr02:00
DÇ-2026: Almaniya Fildişi Sahilini son anlarda vurduğu qolla məğlub edib - YENİLƏNİB-5
Futbol01:59