PSJ Lamin Yamalı rekord məbləğ qarşılığında transfer etmək istəyir
Futbol
- 18 oktyabr, 2025
- 10:43
Fransanın PSJ klubu "Barselona"nın (İspaniya) 18 yaşlı futbolçusu Lamin Yamalı rekord məbləğ qarşılığında transfer etmək istəyir.
"Report" "Goal"a istinadən xəbər verir ki, Paris təmsilçisi gənc futbolçu üçün 277 milyon dollar ödəməyə hazırdır.
Yamalın Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir və anlaşmasında 1 milyard dollar məbləğində sərbəstqalma bəndi var. Buna baxmayaraq, Fransa təmsilçisi İspaniya klubunun üzvü ilə ciddi maraqlanır.
PSJ nümayəndələrinin artıq danışıqlara başladıqları, hələlik rəsmi təklif irəli sürmədikləri bildirilir.
Qeyd edək ki, L.Yamal cari mövsümdə "Barselona"nın heyətində keçirdiyi 5 oyunda 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Son xəbərlər
09:48
Venesuelada ABŞ-nin hərbi əməliyyatı nəticəsində 100 nəfər ölüb
Digər ölkələr09:45
Foto
"Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri start götürüb
Fərdi09:43
Azərbaycanda ilk dəfə vərəm xəstələri üçün hemodializ kabineti yaradılıb
Sağlamlıq09:36
ABŞ-də Maduronun həbsi üçün hüquqi əsaslandırma hazırlanıb
Digər ölkələr09:35
Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı düşüb
Energetika09:28
Qala qəsəbəsində avtomobil aşıb, ölən var
Hadisə09:22
Bakıda avtomobil qadını vuraraq öldürüb
Hadisə09:21
Azərbaycan Basketbol Liqasında 2026-cı ilin ilk görüşləri keçiriləcək
Komanda09:17