PSJ Barkolanı satmağı planlaşdırır
Futbol
- 12 iyun, 2026
- 10:59
Fransanın PSJ klubu futbolçusu Bredli Barkola ilə yollarını ayıra bilər.
"Report" ölkənin məşhur "Lequipe" nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu yay transfer dönəmində 23 yaşlı vingeri satmaq ehtimalını nəzərdən keçirir.
Fransalı oyunçu müntəzəm olaraq əsas heyətdə yer almaq istəyir. Lakin Paris təmsilçisi ona bununla bağlı zəmanət vermir.
PSJ futbolçunun mümkün transferindən 100 milyon avrodan çox gəlir əldə etmək niyyətindədir. İngiltərənin "Liverpul" və "Arsenal" klubları futbolçu ilə maraqlanır.
Xatırladaq ki, Bredli Barkola ötən mövsüm 49 oyuna 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.
Son xəbərlər
16:56
İrlandiya yığmasının sabiq futbolçusu Demyen Daff İngiltərə klubunda çalışacaq
Futbol16:56
Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini viza tələblərindən azad ediləcək
Milli Məclis16:55
Foto
Bakı Metropoliteninin Genişləndirilməsi üçün AİİB ilə 180 milyon dollarlıq kredit sazişi imzalanıb
Maliyyə16:43
AMB ötən il bazar iştirakçılarını 644 min manat cərmələyib
Maliyyə16:40
"Azərbaycan Kredit Bürosu"nun ötən il qəbul etdiyi sorğuların sayı açıqlanıb
Maliyyə16:39
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
Digər ölkələr16:31
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının 90%-dən çoxu dollarladır
Maliyyə16:28
Məcnun Məmmədov: "Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq"
ASK16:23