Premyer Liqada oktyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

Futbol
  • 23 noyabr, 2025
  • 15:49
Premyer Liqada oktyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi olan "Sabah"ın futbolçusu Kahim Parris mükafatlandırılıb.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Mükafatı futbolçuya XII turun "Sabah" – "Şamaxı" görüşündən əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

Son xəbərlər

Bütün Xəbər Lenti