Premyer Liqa: "Səbail" liderə qalib gəldi
Futbol
- 07 noyabr, 2020
- 13:55
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, "Səbail" çempionatın lideri "Sumqayıt"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Səbail"in heyətində Rauf Əliyev 42, Adil Nağıyev isə 77-ci dəqiqədə fərqlənib. "Gənclik şəhəri" təmsilçisində Rəhim Sadıxov 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra bir oyun az keçirən və xallarının sayını 9-da çatdıran "Səbail" 6-cı pilləyə yüksəlib. "Sumqayıt" isə hələ ki, 15 xalla liderdir.
Qeyd edək ki, günün ilk matçında "Keşlə" "Qəbələ"ni 3:1 hesabı ilə üstələyib. IX tura noyabrın 8-də keçiriləcək "Neftçi" - "Qarabağ" və "Sabah" - "Zirə" matçları ilə yekun vurulacaq.
Son xəbərlər
22:29
Qalibaf: Trampın memorandumla bağlı bəyanatları razılaşdırılmış bəndlərə ziddir
Region22:17
Foto
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Xarici siyasət22:13
Sabah Bakının iki rayonunda işıq kəsiləcək
Energetika22:10
Pentaqon bir sıra iri Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib
Digər ölkələr22:00
Sabah Maştağa və Savalan qəsəbələrində qaz olmayacaq
Energetika21:58
ABŞ İrana üzən gəmiyə zərbə endirib - YENİLƏNİB
Digər ölkələr21:55
Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
Komanda21:52
Foto
Hindistanda poladtökmə zavodunda baş verən yanğında səkkiz nəfər ölüb
Digər ölkələr21:47