Premyer Liqa: "Şamaxı" "Qarabağ"ı, "Neftçi" "Qəbələ"ni qəbul edir
- 10 fevral, 2026
- 09:00
"Qarabağ" və "Neftçi" komandaları Misli Premyer Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər.
"Report"un məlumatına görə, Ağdam təmsilçisi XIX turda "Şamaxı"nın qonağı olacaq.
Qarşılaşma Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. Meydan sahibləri 23 xalla 8-ci, Ağdam klubu 39 xalla ikinci pillədə qərarlaşıb.
Turun son matçında "Qəbələ" səfərdə "Neftçi" ilə üz-üzə gələcək. Bu oyun saat 19:00-da başlayacaq. Paytaxt təmsilçisi 24 xallla 7-ci, qonaqlar 14 xalla 10-cu sıradadır.
Misli Premyer Liqası
II dövrə, XIX tur
14:30. "Şamaxı" – "Qarabağ"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu
19:00. "Neftçi" – "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Palms Sports Arena"
Qeyd edək ki, XIX turun daha əvvəl keçirilən görüşlərində "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Turan Tovuz" "Karvan-Yevlax"ı (1:0) üstələyib, "İmişli" - "Kəpəz" görüşündə isə hesab açılmayıb.