Premyer Liqa: "Qarabağ" "Kəpəz"i məğlub edib
Futbol
- 04 oktyabr, 2025
- 18:51
"Qarabağ" komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv VII turda "Kəpəz"i qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti ilə bitib.
37-ci dəqiqədə Samy Mmae fərqlənib. Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" 13 xalla ikinci pillədə qərarlaşıb. Yeddi matçın hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır.
Günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gələcək.
Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
Son xəbərlər
19:11
Ukrayna və Britaniya XİN başçıları ikitərəfli əməkdaşlıq perspektivini müzakirə ediblər
Region19:08
Fransada yanğının söndürülməsi zamanı 2 yanğınsöndürən ölüb
Digər ölkələr18:57
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır
İnfrastruktur18:50
Şimali Makedoniyada 3 mindən çox insan sudan zəhərlənib
Digər ölkələr18:38
Foto
Azərbaycan və Pakistan hüquq-məhkəmə sahəsində əməkdaşlığı müzakirə ediblər
Xarici siyasət18:30
Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır
Digər ölkələr18:16
Foto
Azərbaycanlı alim Türkiyədə nəşr olunmuş kardiocərrahiyyə dərsliyinin müəlliflərindən olub
Sağlamlıq18:16
Foto
AZCON Holding 2026-cı ilin ilk yarımili üzrə sərnişindaşıma və yükdaşıma göstəricilərini açıqlayıb
İnfrastruktur18:10