Premyer Liqa: "Qarabağ" cari mövsüm ilk qələbəsini qazanıb
Futbol
- 31 avqust, 2025
- 18:53
Misli Premyer Liqasının III turunda "Qarabağ" "Karvan-Yevlax"a qalib gəlib.
"Report" xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçda Azərbaycan çempionu 2:0 hesablı qələbə qazanıb.
Matçda hesab 11-ci dəqiqədə açılıb. Elvin Yunuszadə topu öz qapısından keçirib. 72-ci dəqiqədə Emmanuel Addai yekun nəticəni müəyyənləşdirib.
Cari mövsümdə ilk qalibiyyətini əldə edən Ağdam təmsilçisinin hesabında 3 xal var. Yevlax kollektivi isə 4 xalda qalıb.
Qeyd edək ki, III turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" "Neftçi"ni (1:0), "Zirə" "Kəpəz"i (5:0), "Araz-Naxçıvan" "Qəbələ"ni (2:1) məğlub edib. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
Son xəbərlər
19:29
İsrail hərbçiləri 2 mindən çox "Hizbullah" yaraqlısını öldürüb
Digər ölkələr19:25
Tramp Çinə səfərindən əvvəl İranla razılaşmanın bağlanmasını mümkün sayıb
Digər ölkələr19:23
Foto
Mingəçevirdə WUF13 Festivalı keçirilir
Daxili siyasət19:21
Foto
Azərbaycan və Türkiyə ekoloji əməkdaşlığın perspektivlərini müzakirə edib
Ekologiya19:09
IsDB: Qarabağ suvarma kanalının maliyyələşdirilməsinə dair sazişin iyunda imzalanması planlaşdırılır
İnfrastruktur18:46
CNN-in qurucusu Ted Törner vəfat edib
Digər ölkələr18:31
İsrail-Livan danışıqlarının üçüncü raundu növbəti həftə keçiriləcək
Digər ölkələr18:29
"Mançester Yunayted"in Çempionlar Liqasından əldə edəcəyi gəlir bəlli olub
Futbol18:28