Premyer Liqa klubu İspaniya millisinin vingerinin transferini açıqlayıb
Futbol
- 28 yanvar, 2026
- 15:20
İngiltərənin "Vest Hem" klubu İspaniya millisinin vingeri Adama Traorenin transferini rəsmən açıqlayıb.
"Report" xəbər verir ki, 30 yaşlı futbolçu Premyer Liqanın digər təmsilçisi "Fulhem"dən londonluların heyətinə qoşulub.
Transferin məbləği açıqlanmasa da, oyunçunun baş məşqçi Nuno Espirito Santo ilə yenidən bir araya gəldiyi vurğulanıb. Onlar daha əvvəl "Vulverhempton"da da birlikdə çalışıblar.
Qeyd edək ki, "Barselona" akademiyasının yetirməsi olan Adama Traore Premyer Liqada 2015-ci ildən bəri "Aston Villa", "Midlsbro", "Vulverhempton" və "Fulhem"in forması ilə 262 oyuna çıxıb, 14 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
09:00
Premyer Liqa: "Kəpəz" "Şamaxı" ilə "Neftçi" "Qarabağ"la üz-üzə gələcək
Futbol08:58
Narendra Modi oteldəki atışmadan sonra Trampa uğurlar arzulayıb
Digər ölkələr08:44
Starmer leyboristlərin 2029-cu ilin parlament seçkilərində qalib gələ biləcəyini bildirib
Digər ölkələr08:20
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Digər ölkələr08:03
ABŞ-nin ədliyyə naziri: Trampın qəbulunda baş verən atışma ilə bağlı istintaq davam edir
Digər ölkələr07:40
Kolumbiyada terror aktı nəticəsində 14 nəfər həlak olub
Digər ölkələr07:18
Foto
Video
Tramp Vaşinqtonda atışmada şübhəli bilinən şəxsin foto və videolarını paylaşıb
Digər ölkələr07:10
Tramp: Vaşinqton qəbul zamanı atəş açan şəxsin bir neçə silahı olub
Digər ölkələr07:03