Premyer Liqa klubları braziliyalı müdafiəçini transfer etmək istəyir

Futbol
  • 23 noyabr, 2025
  • 15:05
Premyer Liqa klubları braziliyalı müdafiəçini transfer etmək istəyir

İngiltərə Premyer Liqası təmsilçiləri "Çelsi" və "Arsenal" "Nottingem Forest"in braziliyalı müdafiəçisi Murillonu transfer etmək istəyir.

"Report" "Caught Offside"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu "Barselona"nın da diqqət mərkəzindədir.

Lakin Premyer Liqa təmsilçisi milli üzvünü satmaq niyyətində deyil. Bu səbəbdən onu transfer etmək istəyən klubların ən azı 80 milyon avro ödəməli olduğu bildirilib.

Qeyd edək ki, Murillo 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 12 matçda bir qolla yadda qalıb. Onun "Nottingem Forest"lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. Murillo Braziliya yığmasında bu ilin martında debüt edib və cəmi 1 oyun keçirib. "Transfermarkt" portalı futbolçunu 55 milyon avro dəyərində qiymətləndirir.

Son xəbərlər

Bütün Xəbər Lenti