Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib
Futbol
- 02 may, 2026
- 17:57
Misli Premyer Liqasında XXX tura start verilib.
"Report"un məlumatına görə, günün ilk oyununda "Sumqayıt" səfərdə "Kəpəz"lə üz-üzə gəlib.
Yevlax şəhər stadionunda reallaşan qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 2:1.
"Sarı-göylər"in heyətində Rauf Hüseynli 86 və 89-cu dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Komandanın qapıçısı Yusif İmanov 64-cü dəqiqədə avtoqol müəllifi olub.
Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Kəpəz" 10-cu pillədə qərarlaşıb. "Sumqayıt" 38 xalla 7-ci sıradadır.
Günün ikinci matçında "Araz-Naxçıvan" və "İmişli" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.
Son xəbərlər
22:02
Azərbaycanın atletləri Qazaxıstanda uğurlu çıxış ediblər
Fərdi22:00
Foto
DÇ-2026: İngiltərə Konqo üzərində əzmkar qələbə qazanaraq 1/8 finala adlayıb - YENİLƏNİB-6
Futbol21:57
İsrail HƏMAS-ın raket buraxılış qurğularını məhv edib
Digər ölkələr21:50
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
Region21:38
İsrail hücumları nəticəsində Livanda ölənlərin sayı 4300-ə yaxınlaşır
Digər ölkələr21:27
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
Futbol21:27
Foto
Azərbaycan millisi Avropa çempionatının fərdi yarışlarını 10 medalla başa vurub
Fərdi21:24
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın yenidən başlamasının tərəfdarıdır
Region21:20