Portuqaliyalı futbolçu PSJ-dəki 100-cü oyununda komandaya qələbə qazandırıb

Futbol
  • 02 noyabr, 2025
  • 15:19
Portuqaliyalı futbolçu PSJ-dəki 100-cü oyununda komandaya qələbə qazandırıb

Portuqaliya millisinin futbolçusu Qonsalu Ramuş Fransanın PSJ klubunda 100-cü oyununu keçirib.

"Report" Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun yubileyi Liqa 1-in XI turunda "Nitsa" ilə oyuna təsadüf edib.

Komandanın 90+4-cü dəqiqədə qələbə qoluna Ramuş imza atıb - 1:0.

Qeyd edək ki, PSJ 11 turdan sonra 24 xalla liderdir.

Son xəbərlər

Bütün Xəbər Lenti