Portuqaliyalı futbolçu millimizlə matçı buraxa bilər
Futbol
- 03 mart, 2021
- 07:31
Portuqaliya millisinin futbolçusu Rafael Gerreyru Azərbaycan yığması ilə keçirəcəkləri dünya çempionatının seçmə oyununu buraxa bilər.
"Report" xəbər verir ki, "Borussiya" (Dortmund) klubunda çıxış edən 28 yaşlı müdafiəçi Almaniya Kubokunun 1/4 finalında "Borussiya" (Mönhenqladbax) komandasını 1:0 hesabı ilə məğlub etdikləri oyunda zədələnib.
5-ci dəqiqədə sol ayağından xəsarət alan oyunçunun qarşıdakı görüşlərdə iştirakı sual altına düşüb. Onun zədəsinin ciddi olduğu ehtimal edilir.
Qeyd edək ki, martın 24-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Son xəbərlər
09:26
DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə növbəti qarşılaşmalar keçiriləcək
Futbol09:25
Bakıda MDB-də ilk dəfə Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçirilir
İKT09:22
Şəkidə evdə yanğın olub, bir nəfər ölüb
Hadisə09:20
Foto
Paytaxtda qışa hazırlıqla bağlı müşavirə keçirilib
Daxili siyasət09:17
ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!
Maliyyə09:16
Maştağa və Ramananın bir hissəsində işıq olmayacaq
Energetika09:14
İslamiada: Azərbaycanın 3x3 basketbol millisi mübarizəyə başlayır
Komanda09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.11.2025)
Maliyyə09:02