PFL “Qarabağ” – “Sumqayıt” oyununun yerini dəyişib
Futbol
- 25 sentyabr, 2023
- 12:38
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyununun yerini dəyişib.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda deyil, “Azərsun Arena”da baş tutacaq.
Belə ki, “Qarabağ” rəhbərliyi mərkəzi arenada təmir-bərpa işləri ilə əlaqədar qarşılaşmanın “Azərsun Arena”da təşkili ilə bağlı müraciət edib.
Respublika stadionunda aparılan işləri, həmçinin “Azərsun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL “Qarabağ” – “Sumqayıt” oyununun orada keçirilməsini qərara alıb.
Sentyabrın 29-da reallaşacaq görüş saat 20:00-da başlayacaq.
Son xəbərlər
19:53
Səfir: Kolumbiya Azərbaycanı Cənubi Qafqazda mühüm tərəfdaş kimi görür
Xarici siyasət19:43
Tramp ona sui-qəsd ediləcəyi təqdirdə İranı bombalamaq barədə göstəriş verib
Digər ölkələr19:33
Foto
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib
Hadisə19:23
İspaniyada meşə yanğınında ölənlərın xatirəsinə üçgünlük matəm elan edilib
Digər ölkələr19:11
Foto
Liberiya Prezidenti Türkiyədə səfərdədir
Region18:47
Tramp: İran ABŞ-dən danışıqları davam etdirməyi xahiş edib
Digər ölkələr18:37
Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclis18:37
Azərbaycan İran və Rusiyaya pambıq tədarükünü kəskin artırıb
Biznes18:25