PFL "Karvan-Yevlax"a ev oyunlarını Yevlaxda keçirməyə icazə verib

Futbol
  • 14 noyabr, 2025
  • 15:34
PFL Karvan-Yevlaxa ev oyunlarını Yevlaxda keçirməyə icazə verib

Yevlax şəhər stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması ilə bağlı "Karvan-Yevlax" klubu tərəfindən arenada təmir-bərpa işləri aparılıb və meydanın ot örtüyü yenilənib.

Peşəkar Futbol Liqasından (PFL) "Report"a verilən məlumata görə, bu müddət ərzində PFL tərəfindən stadionda bir neçə dəfə təftiş işləri həyata keçirilib.

4 noyabr tarixində keçirilmiş test oyunu zamanı qeydə alınmış yekun çatışmazlıqlar klubun diqqətinə çatdırılıb və həmin məsələlər sonradan aradan qaldırılıb. Bundan əlavə, stadionun süni ot örtüyü üçün FIFA-dan müvafiq keyfiyyət sertifikatı təqdim edilib.

Əsasnamənin tələblərinə əsasən, stadionla əlaqədar oyunun yerinin dəyişdirilməsi barədə klub PFL-ə ən azı 7 gün əvvəl müraciət etməlidir. Stadionun Premyer Liqa standartlarına uyğunlaşdırılmasını və müraciətin növbəti turun oyununa ən azı 7 gün qalmış edilməsini nəzərə alaraq bildiririk ki, "Karvan-Yevlax" klubu Misli Premyer Liqasının 12-ci turunda "Kəpəz"lə oyundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirə biləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti