“Nottingem Forest” “Çelsi”nin hücumçusunu heyətinə qatıb
Futbol
- 01 sentyabr, 2023
- 17:49
İngiltərəli hücumçu Kallum Hadson-Odoi “Çelsi”dən “Nottingem Forest”ə keçib.
“Report” xəbər verir ki, bu barədə “meşəçilər”in rəsmi saytında bildirilib.
22 yaşlı futbolçu yeni klubu ilə üçillik müqavilə imzalayıb. O, 14 nömrə altında çıxış edəcək.
Hadson-Odoi “zadəganlar”ın heyətində 126 matça çıxıb, 16 qol vurub. London klubu ilə Çempionlar Liqası və Avropa Liqasının qalibi olub. O, ötən mövsümü icarə əsasında Almaniyanın “Bayer Leverkuzen” komandasında keçirib.
İtaliyalı insayder Fabritsio Romanonun eksdə bildirdiyinə görə, klublar arasında razılaşmanın qiyməti 3 milyon funt sterlinq olub. Bu rəqəm gələcəkdə bonuslar da daxil olmaqla 5 milyon funt sterlinqə qədər yüksələ biləcək.
Son xəbərlər
09:36
Hikmət Hacıyev: Bəzi beynəlxalq media qurumları Qarabağ münaqişəsində Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı
Daxili siyasət09:30
Krasnodardakı NEZ-ə PUA qalıqlarının düşməsi nəticəsində yanğın baş verib
Region09:29
SEPAH İordaniyanın hərbi hava bazasına raket zərbəsi endirib
Digər ölkələr09:26
Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb
Energetika09:26
Rusiya Zaporojyeyə zərbələr endirib, 16 nəfər yaralanıb
Digər ölkələr09:24
DÇ-2026: İlk finalçı Fransa - İspaniya oyununda müəyyənləşəcək
Futbol09:19
Qudyalçayda 11 yaşlı oğlan boğularaq ölüb
Hadisə09:17
Yasamalda kişi yol-nəqliyyat hadisəsi zamanı ölüb
Hadisə09:11