Nikolay Pisarev: "Ramil Şeydayevin Azərbaycan yığmasına getməyə qərar verəcəyini düşünmürəm"
Futbol
- 04 dekabr, 2014
- 13:16
Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Nikolay Pisarev "Zenit" klubunun futbolçusu Ramil Şeydayevlə bağlı AFFA və Rusiya Futbol İttifaqı arasında danışıqlar aparılmasına dair informasiyaları şərh edib. "Report"un məlumatına görə, 46 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında bundan xəbərsiz olduğunu söyləyib.
N.Pisarev 18 yaşlı hücumçunun getməyə qərar verəcəyinə inanmadığını deyib: "R.Şeydayev Rusiya klubunda çıxış edir. Onun tezliklə yığmamıza çağırılmaq üçün yaxşı şansı var. Düşünmürəm ki, getməyi qərara alacaq".
Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyada çıxış edən Azərbaycan əsilli futbolçuların legioner sayılmaması üçün RFİ ilə danışıqlar apardıqlarını bildirib.
Son xəbərlər
12:01
CNN: Vens və Keyn ABŞ ilə İran arasında vəziyyətin gərginləşməsindən narahatdırlar
Digər ölkələr11:48
Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət11:23
İspaniyada yanğınlara görə 116 mindən çox şəxs təxliyə edilib
Digər ölkələr11:11
İlham Əliyev: Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir
Xarici siyasət11:01
Pərvin Piriyev: "Güləş Azərbaycan üçün təkcə idman növü deyil, həm də milli kimliyimizin bir parçasıdır"
Fərdi10:52
Rusiyanın Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər həlak olub, 24 nəfər xəsarət alıb
Digər ölkələr10:46
Mark Hakef: "Memorandum Azərbaycan-ABŞ münasibətlərinin inkişafına töhfə verəcək"
Fərdi10:41
Foto
Kürdəmirdə zəncirvari yol qəzası olub, iki nəfər xəsarət alıb
Hadisə10:38
Foto