Niderlandlı mütəxəssis "Ayaks"a qayıtmaqdan imtina edib
Futbol
- 12 noyabr, 2025
- 16:16
Niderlandlı baş məşqçi Erik ten Haq "Ayaks"a qayıtmaqdan imtina edib.
"Report" xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb.
55 yaşlı mütəxəssis Amsterdam təmsilçisinin təklifini geri çevirib. Bundan əlavə, klubun sabiq idman direktoru Mark Overmars da komandaya qayıtmaq istəməyib.
Erik ten Haq 2017-2022-ci illər aralığında "Ayaks"da işləyib. Komanda onun rəhbərliyi altında üç dəfə ölkə çempionatında qızıl medallara sahib çıxıb. Niderland nəhəngi noyabrın 6-da baş məşqçisi Con Heytinq ilə vidalaşıb.
Qeyd edək ki, "Qarabağ" "Ayaks"la UEFA Çempionlar Liqasının VI turunda üz-üzə gələcək. Qarşılaşma dekabrın 10-da Bakıda keçiriləcək.
Son xəbərlər
03:56
Rusiyanın Murmansk vilayətindəki neft bazasında 80 ton benzin dağılıb
Region03:29
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib
Region02:58
Olland: ABŞ-nin Qrenlandiyaya qarşı güc tətbiq etməsi NATO-nun sonu olar
Digər ölkələr02:26
Suriya Daxili İşlər Nazirliyi 400-dən çox SDQ döyüşçüsünün Hələbdən çıxarıldığını açıqlayıb
Digər ölkələr01:55
İsrail və Almaniya kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir
Digər ölkələr01:06
"Barselona" 16-cı dəfə İspaniya Superkubokunun qalibi olub
Futbol00:53
Britaniya Ukrayna üçün ballistik raketlərin hazırlanacağını açıqlayıb - YENİLƏNİB
Digər ölkələr00:26
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb
Region00:09