Niderland millisinin üzvü karyerasını BƏƏ-də davam etdirə bilər

Futbol
  • 27 yanvar, 2026
  • 10:41
Niderland millisinin üzvü karyerasını BƏƏ-də davam etdirə bilər

Niderland millisinin üzvü Memfis Depay karyerasını BƏƏ-də davam etdirə bilər.

"Report" xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

31 yaşlı hücumçu ilə Dubayın "Şabab Əl-Əhli" və "Əl-Vəsl" klubları yaxından maraqlanır. Hər iki komanda artıq transferlə bağlı ilk sorğuları göndərsə də, təklif olunan şərtlər hələlik futbolçunun gözləntilərinə cavab vermir.

Braziliyanın "Korintians" klubu ilə 2026-cı ilin dekabrına qədər müqaviləsi olan Depayın hazırda klub rəhbərliyindən narazı qaldığı bildirilir.

Qeyd edək ki, "Transfermarkt" portalı tərəfindən 8 milyon avro dəyərində qiymətləndirilən təcrübəli oyunçu ötən mövsüm meydana çıxdığı 51 matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti