Neymar PSJ-də qalır, ildə 30 milyon avro alacaq
Futbol
- 16 aprel, 2021
- 23:26
Fransa PSJ-sinin futbolçusu Neymar klubla müqaviləsinin uzatmağa razı olub.
“Report”un məlumatına görə, bu barədə Nikola Skira özünün tvitter səhifəsində yazıb.
Bununla da Neymar klubda 2026-ci ilə qədər qalacaq. Yeni müqaviləyə əsasən PSJ braziliyalı futbolçuya ildə 30 milyon avro ödəyəcək.Rəsmi məlumat yaxın müddətdə açıqlanacaq.
Xatırladaq ki, bundan əvvəl 29 yaşlı hücumçu sözləşməsinin yenilənməsinin artıq problem olmadığını bildirib.
Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya “Barselona”sından keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
Bu mövsüm Neymar 22 dəfə yaşıl meydana çıxıb, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.
Son xəbərlər
10:55
"Qarabağ" və Marko Yankoviç çempionatda ötürmə dəqiqliyinə görə liderdir
Futbol10:54
Azərbaycan QDTİB ilə infrastruktur və enerji sahəsində əməkdaşlığı genişləndirəcək
İnfrastruktur10:49
Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"
Maliyyə10:48
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxan yerli və əcnəbi oyunçuların sayı açıqlanıb
Futbol10:45
Sahil Babayev: "Bakıda keçirilən tədbir QDTİB-nin prioritetlərinin formalaşdırılmasına töhfə verəcək"
Maliyyə10:43
Ukraynanın enerji infrastrukturunun bərpasında Azərbaycan şirkətlərinin iştirakı müzakirə olunub
Digər ölkələr10:41
"SOCAR Green" rəsmisi: "Yaşıl enerji" layihələrində insan kapitalının rolu əvəzsizdir"
Energetika10:34
İspaniyada iyunda anomal istilər səbəbindən ölənlərin sayı 900-ə çatıb
Digər ölkələr10:30