"Neftçi" yoxlama oyununda bərabərə qalıb
Futbol
- 22 iyul, 2025
- 15:32
Təlim-məşq toplanışını Polşada davam etdirən "Neftçi" növbəti yoxlama matçında bərabərə qalıb.
"Report" xəbər verir ki, Bakı klubu yerli "Termalika" komandası ilə heç-heçə edib.
“Sportovi novini” stadionunda baş tutan qarşılaşmada tərəflər hərəyə 2 dəfə fərqləniblər.
"Ağ-qaralar"ın qollarını Freddi Varqas və Bassala Sambou vurublar.
Qeyd edək ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv toplanış çərçivəsindəki ilk görüşdə "Hapoel" (Təl-Əviv, İsrail) ilə heç-heçə oynayıb - 1:1. "Neftçi" növbəti yoxlama görüşlərini Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.
Son xəbərlər
13:58
Naxçıvanda ali məktəblərə qəbul imtahanında 968 abituriyent iştirak edib
Elm və təhsil13:45
Naxçıvanda FHN-ə 6 ayda 32 mindən çox zəng daxil olub
Daxili siyasət13:31
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Daxili siyasət13:25
Foto
Dövlət icra məmuru olmaq istəyən şəxslər üçün test imtahanı keçirilib -YENİLƏNİB 2
Daxili siyasət13:19
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 12 nəfərdə mobil telefon aşkarlanıb - YENİLƏNİB
Elm və təhsil13:13
İran dörd ölkədəki ABŞ obyektlərinə zərbələr endirib - YENİLƏNİB
Region12:43
Güləş üzrə dünya çempionatı: Azərbaycanın ilkin heyəti açıqlanıb
Komanda12:38
Sabah çimərliklərdə 26 dərəcə isti gözlənilir
Ekologiya12:36