"Neftçi" yeni əməkdaşlıq müqaviləsi imzaladı
Futbol
- 04 sentyabr, 2020
- 12:29
"Neftçi” Peşəkar Futbol Klubu ilə "Meqa Sığorta” ASC arasında 2019-cu il yanvarından etibarən başlayan brend əməkdaşlığının müddəti uzadılıb.
Klubdan "Report"a verilən məlumata görə, paytaxt təmsilçisi ilə şirkət arasında bununla bağlı razılıq əldə edilib və daha bir il müddətinə əməkdaşlıq sazişi imzalanıb.
Müqavilənin şərtlərinə əsasən, "Neftçi”nin əsas və əvəzedici heyətinin oyun formalarında "Meqa Sığorta” ASC-nin loqosu əksini tapacaq.
Həmçinin klub tərəfindən qarşı tərəfin təbliğatı istiqamətində müxtəlif reklam xidmətləri göstəriləcək. "Meqa Sığorta” ASC isə bunun qarşılığında kluba maddi dəstək verəcək və müxtəlif sığorta xidmətləri göstərəcək.
Son xəbərlər
08:18
Bakıda 15 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:06
Foto
Bakı dairəvi yolunda qəza olub, "Lökbatan" dairəsi istiqamətində tıxac yaranıb
Hadisə07:39
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
İnfrastruktur07:25
WSJ: Tramp Obamanın dövründə istixana qazları ilə bağlı qəbul edilmiş normaları ləğv etmək istəyir
Digər ölkələr06:47
KİV: Liviyanın cənubunda helikopter qəzası nəticəsində beş nəfər həlak olub
Digər ölkələr06:29
Yaponiyanın NATO-nun Ukrayna proqramına qoşulması ilə bağlı məlumat təkzib edilib - YENİLƏNİB
Digər ölkələr05:56
Video
ABŞ Sakit okeanda narkotacirlərin gəmisinə zərbə endirib
Digər ölkələr05:19
"Reuters": ABŞ NATO-nun iki qərargahında aparıcı rolundan imtina etmək istəyir
Digər ölkələr04:16