"Neftçi" üzərində qələbə "Sumqayıt"ın tarixinə düşdü
Futbol
- 05 aprel, 2021
- 08:20
“Sumqayıt” futbol komandası tarixində 100-cü qələbəsini qazanıb.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bu yubiley Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib. Səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən komanda 347-ci matçında 100-cü dəfə qalib gəlib. Digər oyunlarda 89 heç-heçə etmiş sumqayıtlılar 158 dəfə uduzub.
2010-cu ildə yaradılmış klub indiyədək Premyer Liqada 77, Azərbaycan Kubokunda 10, I Divizionda 13 qələbə qazanıb. “Sumqayıt”ın ilk qələbəsi də aşağı dəstəyə təsadüf edib. 2010/2011 mövsümündə “Sumqayıt Şəhər” adı ilə çıxış etmiş debütant ilk qələbəsini 2010-cu il oktyabrın 2-də qazanıb. Həmin gün “Gənclik şəhəri” təmsilçisi evdə “Karvan”ı bir qolla məğlub edib.
Son xəbərlər
04:54
Konqo yığmasının DÇ-2026-da iştirak etmək üçün ABŞ-yə girişinə icazə verilib
Futbol04:08
Mask tarixdə ilk trilyonçu olub
Biznes03:34
"SpaceX" IPO-dan əvvəl şirkətin bir səhminin qiymətini açıqlayıb
Biznes03:05
Türkiyədə kimya zavodunda partlayış olub, xəsarət alanlar var
Region02:43
Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib
Digər ölkələr02:17
Meksika millisinin baş məşqçisi Xavier Aqirre: "İlk yarıda elə də yaxşı oynamadıq"
Futbol02:11
CAR millisinin baş məşqçisi Hüqo Bros: "Meksikaya qarşı pis çıxış etmədik"
Futbol02:03
Foto
DÇ-2026-nın açılış oyunu yeni rekordla yadda qalıb
Futbol01:43