"Neftçi" son 10 ilin rekorduna imza atdı
Futbol
- 10 may, 2021
- 08:01
Azərbaycan Premyer Liqasının XXVI turunda “Səbail”ə 4:0 hesabı ilə qalib gələn “Neftçi” mövsümdə 5-ci böyükhesablı qələbəsini qazanıb.
"Report"un məlumatına görə, bu, Bakı klubu üçün son 10 ildə rekord göstəricidir. Paytaxt təmsilçisi 2010/11 mövsümündən sonra bu qədər böyükhesablı qələbə qazanmamışdı. Həmin il “ağ-qaralar” 6 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.
Bakılıların mütləq rekordu isə 1992-ci ildə qeydə alınıb. Həmin vaxt komanda 14 dəfə rəqibini böyük fərqlə məğlub edib.
Qeyd edək ki, “Neftçi” cari mövsümdə “Qəbələ” (4:1), “Zirə” (4:0) və “Keşlə”ni (3:0) bir, “Səbail”i iki (4:0, 4:0) dəfə böyük hesabla üstələyib.
Son xəbərlər
16:44
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Sağlamlıq16:30
Türkiyə Nazirlər Kabineti NATO sammitini, İranı və Ukraynanı müzakirə edəcək
Region16:18
Omanda zədələnən GFS Galaxy gəmisinin dənizçiləri xilas edilib
Digər ölkələr16:04
Ukraynanın Baş naziri istefa verəcək
Digər ölkələr15:56
Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb
Hadisə15:43
İraqın Baş naziri neft və qaz sazişlərini müzakirə etmək üçün sabah Vaşinqtona səfər edəcək
Digər ölkələr15:23
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi15:11
Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
Region14:44