"Neftçi" Sloveniya klubu ilə heç-heçə etdi
Futbol
- 21 iyun, 2021
- 17:52
Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama oyununu keçirib.
"Report"un məlumatına görə, "ağ-qaralar" yerli "Olimpiya" (Lyublyana) komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Matçda hər iki qol 2-ci dəqiqədə vurulub. Əvvəlcə Namik Ələskərov, ardınca isə Mihaylo Peroviç fərqlənib. Flaqmanın yeni transferləri - Harramiz Soares və Sezar Meza Kolli 58-ci dəqiqədə meydana daxil olaraq, paytaxt klubunda debüt ediblər.
Qeyd edək ki, "Neftçi" növbəti sınaq matçını iyunun 25-də Macarıstan “Fehervar"ına qarşı keçirəcək. Sloveniyadakı son rəqib isə Rusiyanın "Spartak" (Moskva) klubu olacaq. Bu oyun isə iyunun 29-da olacaq.
"Neftçi" Sloveniya klubu ilə heç-heçə etdi
Son xəbərlər
23:17
ABŞ Venesuelaya zəlzələ ilə bağlı 310 milyon dollardan çox yardım göstərib
Digər ölkələr22:58
Britaniya və Niderland 3,2 milyard dollar dəyərində yeni saziş imzalayıb
Digər ölkələr22:55
Messi dünya çempionatlarında assistlərin sayına görə Maradonanı geridə qoyaraq ilk sıraya yüksəlib
Futbol22:45
Lionel Messi Argentina - Misir matçının ən yaxşı oyunçusu olub
Futbol22:43
Güclü yağış Tbilisi Beynəlxalq Hava Limanını işıqsız qoyub
Region22:37
UKMTO Hörmüz boğazı yaxınlığında üç tankerə hücum edildiyini açıqlayıb
Digər ölkələr22:26
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Çətin oyun oldu"
Futbol22:20
Türkiyə ilə Kanada sərbəst ticarət sazişi üzrə danışıqlara başlayıb
Region22:13