"Neftçi"nin Antalyadakı son rəqibi bəlli olub
Futbol
- 07 yanvar, 2022
- 05:23
"Neftçi"nin Türkiyənin Antalya bölgəsində keçirəcəyi qış təlim-məşq toplanışında sonuncu rəqibi bəlli olub.
"Report"un məlumatına görə, son ölkə çempionu Bolqarıstanın "MOİK 1948" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma yanvarın 24-də Side qəsəbəsində olacaq.
"MOİK 1948" klubu Bolqarıstanın yüksək liqasında 19 oyundan sonra 19 xalla 10-cu pillədə qərarlaşıb. Bu, Bolqarıstanın məşhur "MOİK Sofiya" klubu deyil. "MOİK 1948" 2019/2020 mövsümündə əsas liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, "ağ-qaralar" 10 - 25 yanvarda Türkiyədə olacaq. Antalyanın Manavqat qəsəbəsindəki “The Sense De Luxe” hotelində məskunlaşacaq komanda yanvarın 14-də Macarıstanın “Kişvarda”, yanvarın 19-da isə Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq.
Son xəbərlər
13:19
Gürcüstanda beynəlxalq cinayətkar şəbəkənin silah qaçaqmalçılığı ilə məşğul olan 3 üzvü saxlanılıb
Region13:13
"Araz-Naxçıvan" əvəzedicilərdən ibarət komandası ilə bağlı AFFA-ya müraciət edib
Futbol13:06
İsrail Livanda "Hizbullah"ın yeraltı obyektini məhv edib
Digər ölkələr13:00
II Qaregin və altı yepiskop barəsində cinayət işi məhkəməyə göndərilib
Region12:58
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ekologiya12:58
Nəzrin Əhmədli Bakıda keçirilən dünya çempionatında Almaniya güləşçisinə uduzub
Fərdi12:56
Azərbaycan qızıl ixracından gəlirini 40 %-dən çox artırıb
Sənaye12:55
"Azərkosmos"un ixrac gəlirləri 54 % artıb
İKT12:42