Azərbaycanın keçmiş futbolçusunun meyiti tapıldı
Futbol
- 03 sentyabr, 2020
- 13:33
Bakının "Neftçi" və Gəncənin "Kəpəz" klubunun veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib.
Bu barədə "Report"a "Kəpəz"in Mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.
Mustafayevin sözlərinə görə, sabiq yarımmüdafiəçi 58 yaşında vəfat edib. Onun səhər saatlarında yaşadığı evdə meyiti aşkarlanıb.
Qeyd edək ki, Arzu Mirzəyev 1979 - 1983-cü illərdə "Kəpəz"də, 1984 - 1991-ci illərdə “Neftçi”də forma geyinib. O, flaqmanın heyətində 181 oyun keçirib, 5 qol vurub. Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra "Kəpəz" və Gədəbəyin "Narzan" komandalarının baş məşqçisi də olub. O, son illərdə Gəncədəki "Təhsil" İdman Mərkəzində məşqçi işləyib.
Son xəbərlər
12:30
Bakı və Bratislava payızda iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun iclasını keçirəcək
Xarici siyasət12:29
Əlcəzairdə uşaq evindəki yanğın nəticəsində 11 nəfər ölüb
Digər ölkələr12:27
Foto
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
Xarici siyasət12:21
Rəşad Rəsullu: "Azərbaycan cüdoçularının Bakıdakı mundiala hazırlığı sistemli şəkildə davam edir"
Fərdi12:19
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Ekologiya12:17
Azərbaycan mobil internetin sürətinə görə iyunda 5 pillə irəliləyib
İKT12:17
İtaliyada bərpa işlərinin aparıldığı 100 illik məhkəmə binası çöküb
Digər ölkələr12:15
Bakıda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb
Elm və təhsil12:14