"Neftçi"nin rəqibi keçmiş futbolçusunu transfer etdi
Futbol
- 22 iyun, 2021
- 14:33
"Neftçi"nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın "Dinamo" (Tbilisi) komandası heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Tbilisi təmsilçisi sabiq yarımmüdafiəçisi Nodar Kavtaradzeni transfer edib.
Son klubu Macarıstan "Mezyököveşd"i olan 28 yaşlı oyunçu ilə 2,5 illik müqavilə imzalanıb.
Kavtaradze daha əvvəl 2017 və 2019-cu illərdə də paytaxt təmsilçisinin formasını geyinib.
Qeyd edək ki, "Dinamo" və "Neftçi" arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Cavab matçı isə iyulun 14-də “Bakcell Arena”da keçiriləcək.
Son xəbərlər
14:06
Azərbaycan Rusiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 3 dəfəyə yaxın artırıb
Maliyyə14:03
Moskvaya dron hücumu davam edir: vurulmuş PUA-ların sayı 30-u keçib
Digər ölkələr13:48
Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb
İnfrastruktur13:34
Azərbaycan xalça və xalça məmulatları istehsalını 80 % artırıb
Sənaye13:25
İranda "Mossad"a casusluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Digər ölkələr13:17
ABŞ və İsrail İranın Natanzdakı atom obyektinə zərbə endirib
Region13:11
Mayda Türküstanda TDT sammiti keçiriləcək
Region13:01
Coy-Lens Mikels və Umarali Raxmonaliyev milli komandaya dəvət alıblar
Futbol12:56