"Neftçi"nin məşqçisi: "Azarkeşlərdən üzr istəyirəm"
- 02 dekabr, 2025
- 22:10
"Neftçi"nin məşqçisi Sənan Qurbanov azarkeşlərdən üzr istəyib.
"Report" xəbər verir ki, mütəxəssis bunu "Zirə" komandası ilə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında bildirib.
O, məğlub olduqları qarşılaşmanı şərh edib:
"Zirə"ni təhlil etmişdik. Futbolçulara rəqibin zəif və güclü tərəflərini demişdik. Məşq etməyə zamanımız olmadı. Daha çox futbolçuların bərpasına diqqət etmişdik. Rəqibin hücumlarının qarşısını ala bilirdik. Bizim hücumlarımız da təhlükəli olurdu. 120 dəqiqənin bitməsinə az qalmış buradığımız qol üzücü oldu. Azarkeşlərimiz yaxşı dəstək göstərirdilər. Onlardan üzr istəyirəm".
Qeyd edək ki, "Zirə" - "Neftçi" oyunu "ağ-qaralar"ın 0:1 hesablı məğlubiyyəti ilə bitib. Komanda 1/8 finalda mübarizəni dayandırıb.