"Neftçi"nin 2 futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
Futbol
- 19 noyabr, 2020
- 06:55
"Neftçi" komandası Azərbaycan Premyer Liqasında X turun "Qəbələ" ilə səfər oyununa futbolçu itkiləri ilə çıxacaq.
Paytaxt klubunun baş məşqçisi Samir Abasovun "Report"a verdiyi məlumata görə, zədəli Stiven Monrozla yanaşı, kapitan Emin Mahmudov da qarşıdakı matçı buraxacaq.
Ayağında problemi olan 28 yaşlı yarımmüdafiəçi komanda ilə birlikdə məşqlərə gələn həftədən başlayacaq. Təcrübəli oyunçu zədə səbəbindən çempionatın son 2 turunun "Sumqayıt" (0:0) və "Qarabağ"la qarşılaşmalarında (0:6) da iştirak etməyib.
Qeyd edək ki, noyabrın 22-də keçiriləcək "Qəbələ" - "Neftçi" oyunu saat 14:00-da start götürəcək.
Son xəbərlər
15:57
Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib
Daxili siyasət15:56
İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb
Daxili siyasət15:56
Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri təxminən 3 dəfə artıb
Energetika15:54
"Kəpəz"dən ayrılan Ehtiram Şahverdiyev "Səbail"ə keçib
Futbol15:49
Azərbaycan boksçuları Avropa çempionatına Almaniyada hazırlaşacaq
Fərdi15:46
Azərbaycanda ilk elektron diplom peşə təhsili alan vətəndaşa təqdim olunub
Elm və təhsil15:45
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Ekologiya15:42
Ronald Arauxo "Barselona"dan "Atletiko"ya keçə bilər
Futbol15:35