"Neftçi"nin hücumçusu zədələnib
Futbol
- 22 iyun, 2021
- 09:32
"Neftçi" klubunun futbolçusu Mirabdulla Abbasov zədələnib.
"Report"un məlumatına görə, 26 yaşlı hücumçu Sloveniyadakı təlim-məşq toplanışında komandadan ayrı məşq edir.
Forvard hazırlıq prosesində ikitərəfli oyun zamanı yüngül xəsarət alıb və yerli "Olimpiya" (Lyublyana) klubu ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə iştirak etməyib. Abbasovun bərpa prosesi uğurla davam etdirilir. Onun iyunun 25-də Macarıstan “Fehervar"ına qarşı ikinci yoxlama matçında meydanda olacağı gözlənilir.
Ölkə çempionunun Sloveniyadakı son rəqibi isə Rusiyanın "Spartak" (Moskva) klubu olacaq. Bu qarşılaşma iyunun 29-da keçiriləcək.
Xatırladaq ki, Mirabdulla Abbasovun "ağ-qaralar"la müqaviləsi 2023-cu ilin yayınadək uzadılıb.
Son xəbərlər
19:25
Tramp İranla sülh nizamlanması çərçivəsində İsrailin Beyruta zərbəsini pisləyib
Digər ölkələr19:12
Ben Blək: ABŞ-Azərbaycan tərəfdaşlığında yeni fəsil başlayır
Xarici siyasət19:01
Binədə açıq ərazidə yanğın olub
Hadisə18:53
Azərbaycan qadınlardan ibarət basketbol millisi Avropa Kubokunun finalına yüksəlib
Komanda18:40
Ermənistanda MSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Region18:18
İsveçrədə əhali sayının məhdudlaşdırılması ilə bağlı limit rədd edilib - YENİLƏNİB
Digər ölkələr17:58
Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Xarici siyasət17:51
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
Region17:37