"Neftçi"nin hücumçusu: "Hər mövsüm çempion olacaq gücdə idik"
Futbol
- 20 may, 2021
- 07:00
“Neçə il sonra çempion ola bildik. Çox sevindiricidir".
"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Hücumçu hər il komandasına inandığını söyləyib. "Hər mövsüm deyirdim ki, çempion olacaq gücdəyik. Ancaq nələrsə alınmırdı. Bu mövsüm ikiqat sevindirici oldu. Çünki çempionluğun taleyi son turda həll olundu. Bu, mənim ilk çempionluğumdur. İnanıram ki, davamını gətirə biləcəyik".
Abbasov karyerasını “Neftçi”də davam etdirmək istədiyini vurğulayıb: "Bu yöndə rəhbərliklə danışıqlarım olacaq".
Son xəbərlər
02:15
"Politico": FTB-nin direktoru Keş Patel oktyabrda Rusiyaya səfər edəcək
Digər ölkələr01:47
Türkiyədə terror cinayətlərinin istintaqı ilə bağlı müstəqil büro qurulacaq
Region01:08
"Al Hadath": Əli əl-Amudi Qəzza zolağında HƏMAS-ın rəhbəri seçilib
Digər ölkələr00:59
Leysan yağışları Tbilisidə bir sıra fəsadlara yol açıb
Region00:33
Əfqanıstanda daşqınlar nəticəsində 20 nəfər ölüb, 100-ə yaxın şəxs itkin düşüb
Digər ölkələr00:26
CENTCOM İrana növbəti zərbələr seriyasının başlandığını bəyan edib
Digər ölkələr00:07
Bernem Trampla telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib - YENİLƏNİB
Digər ölkələr23:58
Madrid küçələrində təxminən bir milyon nəfər İspaniya millisinin qələbəsini bayram edib
Futbol23:54