"Neftçi"nin futbolçusu əvəzləndiyi üçün baş məşqçiyə etiraz etdi
Futbol
- 11 sentyabr, 2020
- 15:44
"Neftçi"nin futbolçusu Mamadu Mboc komandanın baş məşqçisi Füzuli Məmmədovla mübahisə edib.
"Report" xəbər verir ki, hadisə Premyer Liqanın II turunda "Sumqayıt"la matçda baş verib.
27 yaşlı seneqallı müdafiəçi 35-ci dəqiqədə əvəzləndiyi üçün etirazını bildirib. Onun yerinə meydana serbiyalı Voyislav Stankoviç daxil olub.
Mboc meydanı tərk edərkən rəqib komandanın baş məşqçisi Ayxan Abbasovun əlini sıxıb, lakin Füzuli Məmmədovla görüşməyib. Müdafiəçi baş məşqçi ilə mübahisə etdikdən sonra birbaşa soyunub-geyinmə otağına yollanıb.
Qeyd edək ki, "Bakcell Arena"dakı matçda ilk hissə oynanılır və "Sumqayıt" 1:0 hesabı ilə öndədir.
Son xəbərlər
15:27
Azərbaycanın idmançısı dopinqə görə cəzalanıb
Fərdi15:12
Zelenski: Fransada Zaporojye AES və ərazilər məsələlərini müzakirə edəcəyik
Digər ölkələr15:03
Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib
Daxili siyasət15:03
Fransa klubunun yeni baş məşqçisi açıqlanıb
Futbol15:01
Göygöldə bələdiyyə torpaqlarının mülkiyyətə verilməsinə dair hərrac təxirə salınıb
Biznes14:54
Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 7 %-ə yaxın artırıb
ASK14:52
"Xilasedici"nin baş məşqçisi: "Belçika klubu ilə matça çox yaxşı hazırlaşmışıq"
Komanda14:40
Foto
Video
Qazaxda yanacaq daşıyan avtomobilin yanması nəticəsində bir nəfərin ölməsi faktı araşdırılır - YENİLƏNİB-2
Hadisə14:40
Foto