"Neftçi"nin açıq məşqi təşkil olunub

Futbol
  • 18 iyul, 2026
  • 18:35
Neftçinin açıq məşqi təşkil olunub

"Neftçi" komandasının yeni mövsüm öncəsi açıq məşqi təşkil olunub.

"Report"un məlumatına görə, hazırlıq prosesi "Palms Sports Arena"da gerçəkləşib.

Komandanın məşqini "ağ-qaralar"ın azarkeşləri tribunalardan izləyib.

Xatırladaq ki, "Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) klubu ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi ilk matçını iyulun 22-də Bakıda keçirəcək. Cavab görüşü iyulun 30-da baş tutacaq.