"Neftçi" Murad Məmmədovun "Aris"ə transferi ilə bağlı iddiaları təkzib edib
Futbol
- 06 mart, 2026
- 13:21
"Neftçi" klubu futbolçusu Murad Məmmədovun Kipr təmsilçisi "Aris"in maraq dairəsinə düşməsinə münasibət bildirib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı açıqlama verib.
O, yazılanların həqiqəti əks etdirmədiyini söyləyib:
"Murad Məmmədov "Neftçi"nin yetirməsidir, hazırda da müqavilə ilə kluba məxsusdur. Adı bir çox klubla yanaşı hallansa da, bütün bunlar həqiqəti əks etdirmir. Heç bir rəsmi təklifdən söhbət gedə bilməz".
Xatırladaq ki, 19 yaşlı cinah oyunçusu 2024-cü ildən "Neftçi"nin əsas komandasındadır. Hazırda onun müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqlar davam edir.
Son xəbərlər
02:45
DÇ-2026: Finalçılar mükafatlandırılıb, Rodri turnirin ən yaxşı futbolçusu seçilib
Futbol02:23
İspaniya yığması yeni rekord müəyyənləşdirib
Futbol02:19
De la Fuente dünya və Avropa çempionluğunu qazanan üçüncü baş məşqçi olub
Futbol02:17
Ferran Torres İspaniya - Argentina matçının ən yaxşısı seçilib
Futbol02:13
Mbappe DÇ-2026-nın bombardiri olub
Futbol02:02
İspaniya DÇ-2026-nın qalibi olub - YENİLƏNİB-6
Futbol01:40
Meşə yanğını Fransanın cənubunda dəmir yolu əlaqəsini iflic edib
Digər ölkələr01:20
ABŞ Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcıları göndərir
Digər ölkələr00:50