"Neftçi"də koronavirus xəstəsi qalmadı
Futbol
- 23 dekabr, 2020
- 16:22
"Neftçi"də son koronavirus testlərinin nəticəsi bəlli olub.
Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, bütün cavablar neqativ çıxıb.
Aktiv xəstə olan Bruno Teluşi və Stiven Monroz da artıq sağalaraq sıraya qayıdıb.
"Ağ-qaralar"ın Premyer Liqanın XIII turunda üz-üzə gələcəyi "Keşlə" komandasında da test nəticələri açıqlanıb. Klubdan bildirilib ki, heç kimdə virus aşkarlanmayıb. Hazırda komandada yeganə itki koronavirusa görə xəstəxanada müalicə alan baş məşqçi Yunis Hüseynovdur. O, paytaxt derbisində də texniki zonada yer almayacaq.
Qeyd edək ki, dekabrın 24-də keçiriləcək "Neftçi" - "Keşlə" matçı saat 18:00-da başlayacaq.
Son xəbərlər
19:51
Əraqçi: İran lazım olduğu qədər özünü müdafiə etməyə hazırdır
Region19:41
ABŞ Hörmüz boğazından keçən gəmilərin mühafizəsində digər ölkələrin də iştirak etməsini istəyir
Digər ölkələr19:35
İsrail İrana hücumu azı üç həftə davam etdirməyi planlaşdırır
Digər ölkələr19:27
Kanada və Şimali Avropa müdafiə istehsalını artırmaq barədə razılığa gəlib
Digər ölkələr19:23
Qazaxıstanda keçirilən referendumda səsvermə başa çatıb
Region19:08
Azərbaycan Basketbol Liqasında XIX tura yekun vurulub
Komanda18:44
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 850-yə çatıb
Digər ölkələr18:28
Video
Mahir Emreli qol vurub, "Kayzerslautern" qələbə qazanıb
Futbol18:24