"Neftçi" Avropa Liqasında mübarizəyə başlayır

Futbol
  • 27 avqust, 2020
  • 03:30
Neftçi Avropa Liqasında mübarizəyə başlayır

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, son oyun günündə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün gümüş mükafatçısı "Neftçi" də mübarizəyə qoşulacaq.

"Ağ-qaralar" avrokubok macərasına Şimali Makedoniya "Şkupi"si ilə matçla start verəcək. "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da start götürəcək.

Qalib gələn komanda II təsnifat mərhələsinə vəsiqə əldə edəcək.

Avropa Liqası
I təsnifat mərhələsi
27 avqust

20:00. "Neftçi" (Azərbaycan) – "Şkupi" (Şimali Makedoniya)
Hakimlər:
Aleksandrs Qolubevs, Raymonds Tatriks, Yevgeniys Morozovs, Artis Kenins (hamısı Latviya)

Bakı, "Bakcell Arena"

Qeyd edək ki, bu gün "Neftçi" ilə yanaşı, "Keşlə"və "Sumqayıt" klubları da avrokuboklarda mübarizəyə start verəcək.