"Neftçi" AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verməyəcək

Futbol
  • 22 oktyabr, 2025
  • 12:43
Neftçi AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verməyəcək

"Neftçi" AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verməyəcək.

Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı bildirib.

Klub rəsmisi Misli Premyer Liqasının VIII turunda baş tutan "Araz-Naxçıvan"la görüşdə yol verilən qayda pozuntuları ilə əlaqədar AFFA İntizam Komitəsinin 9700 manatlıq cərimə qərarı ilə bağlı Apellyasiya Arbitraj Tribunalına müraciət nəzərdə tutulmadığını söyləyib.

Qeyd edək ki, həmin matçda "Neftçi" azarkeşləri rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib ki, bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün kluba 6000 manat cərimə tətbiq edilib. Həmçinin fanatlar rəqib oyunçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirdiyinə görə "Neftçi" 3000 manat ziyana düşüb. "Ağ-qaralar" dörd futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

Son xəbərlər

Bütün Xəbər Lenti