"Neftçi" 544 gün sonra "Qarabağ"ın seriyasını qırdı
Futbol
- 20 may, 2021
- 12:55
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2020/2021 mövsümündə ilk səfər məğlubiyyətini alıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, çempionatın sonuncu – XXVIII turuna təsadüf edib.
“Neftçi” ilə qarşılaşmada 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi cari mövsüm rəqib meydanında uduzmayıb. Qurban Qurbanovun baş məşqçi olduğu komanda sonuncu dəfə 2019-cu il noyabrın 22-də “Sumqayıt”la səfər matçında məğlubiyyətlə üzləşib.
544 gün öncə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Son 17 səfər görüşündə uduzmayan “Qarabağ” bu müddətdə 9 qələbə qazanıb və 8 heç-heçə edib.
Son xəbərlər
05:15
Tramp: ABŞ İrandakı hadisələrə cavab vermək imkanını ciddi şəkildə nəzərdən keçirir
Digər ölkələr04:52
Quterreş İranda etirazçılara qarşı zor tətbiqindən sarsıldığını bəyan edib
Region04:28
"Barselona" bütün turnirlərdə son 10 ilin ən yaxşı qələbə seriyasına imza atıb
Futbol03:56
Rusiyanın Murmansk vilayətindəki neft bazasında 80 ton benzin dağılıb
Region03:29
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib
Region02:58
Olland: ABŞ-nin Qrenlandiyaya qarşı güc tətbiq etməsi NATO-nun sonu olar
Digər ölkələr02:26
Suriya Daxili İşlər Nazirliyi 400-dən çox SDQ döyüşçüsünün Hələbdən çıxarıldığını açıqlayıb
Digər ölkələr01:55
İsrail və Almaniya kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir
Digər ölkələr01:06