"Napoli"nin stadionuna Maradonanın adı verildi
Futbol
- 04 dekabr, 2020
- 16:51
İtaliyanın "Napoli" klubuna məxsus stadionun adı dəyişdirilib.
"Report" "Fotball İtalia" nəşrinə istinadən xəbər verir ki, arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərəfinə "Dieqo Armando Maradona" stadionu adlandırılıb.
Bununla bağlı qərarı Neapoli şəhərinin rəhbərliyi qəbul edib. Sorğuda yerli bələdiyyənin bütün üzvləri dəyişikliyin lehinə səs veriblər.
"Napoli" növbəti ev oyununu dekabrın 12-də İtaliya A Seriyasının XI turu çərçivəsində "Sampdoriya"ya qarşı keçirəcək.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı əfsanəvi futbolçu 1984 - 1991-ci illərdə "Napoli"də çıxış edib.
Son xəbərlər
14:59
"Sabah" Ceyms İdslə yolları ayırıb
Komanda14:58
İsrafil Məmmədov: "ARDNF-nin İtaliyaya investisiya qoyuluşu 3 milyard dollardır"
Maliyyə14:53
Foto
Abşeron rayonunda nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə mediatur təşkil olunub
Ekologiya14:46
Norveç Qrenlandiyada baş konsulluq açacaq
Digər ölkələr14:45
FIFA referisi Fariz Yusifov DÇ-2026-da hakimliyin səviyyəsini dəyərləndirib
Futbol14:42
İlham Əliyev məktəbəqədər təhsillə bağlı Fərman imzalayıb
Elm və təhsil14:41
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır
Energetika14:39
Azərbaycanın futzal millisinin dünya çempionatındakı rəqibləri bəlli olub
Futbol14:35