"Napoli" braziliyalı müdafiəçini 20 milyon avroya transfer edir
Futbol
- 23 yanvar, 2026
- 11:54
İtaliya A Seriyasının son çempionu "Napoli" "Verona"nın 20 yaşlı braziliyalı müdafiəçisi Jiovane Santananı heyətinə qatır.
"Report" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesablarında bildirib.
Tərəflər arasında danışıqlar uğurla yekunlaşıb və transferin detalları razılaşdırılıb. Neapol klubu bu keçid üçün A Seriyasının digər təmsilçisi "Verona"ya 20 milyon avro təzminat ödəyəcək.
J.Santana İtaliya çempionatının cari mövsümündə meydana çıxdığı 21 matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Napoli" hazırda A Seriyasının turnir cədvəlində 43 xalla üçüncü pillədə yer alıb. "Verona" isə 14 xalla 20-cidir.
Son xəbərlər
15:08
İsmayıllıda taksi sürücüsünə xəsarət yetirilib, avtomobili oğurlanıb
Hadisə15:07
Kayrat Sarıbay: AQEM Qadınlar Şurasının əsas məqsədi təcrübə mübadiləsi aparmaqdır
Sosial müdafiə15:05
Çində Azərbaycan və İsveçrənin prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub
Xarici siyasət15:05
Nazir müavini: ETSN-də işləyən 1265 xanım əməkdaşın 62-si rəhbər vəzifələrdədir
Daxili siyasət15:00
İtaliya İsraillə müdafiə sazişinin uzadılmasını dayandırıb
Digər ölkələr14:58
ADY: Hərəkətdə olan sərnişin və yük qatarlarına I rübdə 18 dəfə daş atılıb
İnfrastruktur14:56
Türkiyə Superliqasında üçüncü olan Zemfira Mikayılova: "İlk dəfə xarici klubun heyətində medal qazandım"
Fərdi14:55
Rusiya Ukraynanın iki vilayətinə zərbələr endirib: ölən və yaralananlar var
Digər ölkələr14:50