"Napoli" baş məşqçisi ilə vidalaşdı
Futbol
- 24 may, 2021
- 06:55
İtaliyanın "Napoli" komandası baş məşqçisi Cennaro Qattuzo ilə yollarını ayırıb.
"Report"un məlumatına görə, bu barədə klub prezidenti Aurelio De Laurentis özünün tvitter səhifəsində yazıb.
Funksioner xidmətlərinə görə 43 yaşlı mütəxəssisə təşəkkürünü bildirib: "Hörmətli Reno, demək olar ki, iki mövsümü sizinlə keçirdiyim üçün xoşbəxtəm. Xidmətlərinizə görə sizə təşəkkür edirəm və hara getməyinizdən asılı olmayaraq, uğurlar arzulayıram. Həyat yoldaşınızı və uşaqlarınızı qucaqlayıram".
Qeyd edək ki, 2019-cu ilin dekabrından "Napoli"yə başçılıq edən Qattuzo bu komanda ilə ölkə kubokunun sahibi olub. Neapol təmsilçisi 2020/2021 mövsümünü 5-ci pillədə başa vurduğu üçün Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Son xəbərlər
20:32
Ermənistan konstitusiyasının TRIPP sazişinə uyğunluğu nəzərdən keçiriləcək
Region20:31
Foto
Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film hazırlanır
Mədəniyyət siyasəti20:28
Sosial şəbəkələr uşaqlar üçün müxtəlif təhlükələr yaradır - RƏY
Daxili siyasət20:28
"Dinamo"nun futbolçusu Aleksey Siç: "Qarabağ"a qarşı ən yaxşı oyunumuzu göstərməyə hazırıq"
Futbol20:08
Hikmət Hacıyevin bəzi fikirləri "Türkiye Gazetesi"ndə təhrif edilib
Xarici siyasət19:58
Çempionlar Liqası: "Sabah"ın "Orhus" ilə matçı planlaşdırılan vaxtdan gec başlayacaq
Futbol19:52
Ukrayna və Böyük Britaniya bəzi silah növlərinin birgə istehsalını müzakirə edib
Digər ölkələr19:50
Mingəçevirdə yeniyetmə kanalda batıb
Hadisə19:42